Əməliyyatlara nəzarət şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis | Banco.az
ABB

Əməliyyatlara nəzarət şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Əməliyyat departamentinin Kürdəmir filialının Əməliyyatlara nəzarət şöbəsinə mütəxəssis və ya aparıcı mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Filiala daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edilməsi;
  • Qanunvericilik və bankdaxili qaydalar ilə müəyyən edilən əməliyyatlar üzrə müxabirləşmələri yerinə yetirilməsi;
  • Fəaliyyət istiqaməti üzrə rəhbərlik tərəfindən tapşırılan hesabatların hazırlanması;
  • Hüquqi və fiziki şəxslərin ödəniş tapşırıqlarını Bankın müvafiq sisteminə daxil edərək icrasını təmin edilməsi;
  • Ödəniş tapşırıqlarının düzgün tərtib edilməsinə nəzarət edilməsi;
  • Filialın əsasnaməsində bölməyə aid edilmiş funksiyalardan irəli gələn digər vəzifələrin icrasını təmin edilməsi;                                                                     

Tələb olunan səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Detallara diqqət;
  • Analitik təhlil;
  • Vaxtı idarə etmək qabiliyyəti; 

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali İqtisadi  təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office (Word, Excel, Access, Power Point) proqramları ilə sərbəst işləmək;
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq;
  • AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklər;

 

Qeyd: Kürdəmirdə yaşayan namizədlərə üstünlük verilir

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 31 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kürdəmir / Əməliyyatlara nəzarət şöbəsinə mütəxəssisvə ya aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et