"Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin eksperti | Banco.az
Rabitəbank

"Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin eksperti

Vakansiya haqqında məlumat: 

Kart Biznesi departamentinin "Ekvayerinq şəbəkəsinə dəstək və inkişaf" şöbəsinin eksperti

Əsas vəzifələri:

  • Yeni ticarət müəssisələrini (elektron mağazalar daxil olmaqla) və partnyorlarını cəlb etməklə Bankın ekvayerinq şəbəkəsinin genişləndirilməsi və inkişafı;
  • Bankın ekvayerinq şəbəkəsi üzrə partnyorlar bazasına dəstək və nəzarət; 
  • Bankın ekvayerinq şəbəkəsinin inkişafına dair təkliflərin hazırlanması və layihələrin aparılması; 
  • Pos terminalların proqramlaşdırılması və texniki dəstəyin həyata keçirilməsi;
  • Zərurət yarandıqda ticarət müəssisələrinə, habelə bankın xidmət şəbəkəsinin işçilərinə kart və pos-terminal istifadəsi üzrə təlimlərin keçirilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil 
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • Azərbaycan dilini səlis, rus və ya ingilis dillərini yüksək səviyyədə bilməsi.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. 

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et