Daxili Audit departamenti, Kredit əməliyyatlarının təhlili və qiymətləndirilməsi, auditor | Banco.az
Expressbank

Daxili Audit departamenti, Kredit əməliyyatlarının təhlili və qiymətləndirilməsi, auditor

Vakansiya haqqında məlumat: 

Təsvir

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;
  • Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;
  • Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;
  • Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;

Tələblər

  • Ali İqtisadi və ya hüquqi təhsil;
  • Kredit sahəsində ən azı 1 illik təcrübə;
  • Analitik təhlil etmə bacarığı;
  • Microsoft Office proqramları ilə sərbəst işləmək bacarığı (Excel biliyi yüksək səviyyədə);
  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;
  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskarlıq, aktivlik, komandada işləmək bacarığı;
  • Vətəndaş qüsursuzluğu;
  • Azərbaycan dilində səlis danışıq və yazma qabiliyyəti (rus və ingilis dili biliyi arzu olunandır);
  • SQL bilikləri olan namizədlərə üstünlük veriləcək.

 

Müraciət üçün daxil olun