İpoteka krediti
Bank | Yapı Kredi Bank Azərbaycan |
Kreditin növü | İpoteka |
Mimimal məbləğ | 0 AZN |
Maksimal məbləğ | 150 000 AZN |
Maksimal müddət | 300 |
Minimal faiz | 8.00 % |
Maksimal faiz | 8.00 % |
İlkin ödəniş | 30.00 |
İş yerindən arayış | Tələb olunur |
Zamin | Tələb olunmur |
Girov | Tələb olunur |
Əlavə məlumat | İpoteka Kreditinin ilkin qiymətləndirməsi üçün Tələb Olunan Sənədlər: 1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti. 2. Nigahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə və sənədin notarial qaydada təsdiqlənmiş surəti. 3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin notarial qaydada təsdiqlənmiş surəti 4. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. 5. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları son 12 ay üzrə). Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər: 1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd. Borcalan (borcalanlar) fərdi sahibkar olduqda: 1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti; 2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi. Tələblər: 1. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər |
Kreditin adı: | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən Dövlət İpoteka Krediti |
Maks. məbləğ: | 150 000 AZN |
Minimal faiz: | 8.00 % |
Kreditin adı: | Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu hesabına verilən Dövlət Sosial İpotekası |
Maks. məbləğ: | 150 000 AZN |
Minimal faiz: | 4.00 % |
Kreditin adı: | İPOTEKA - XALQ BANKIN DAXİLİ VƏSAİTİ HESABINA |
Maks. məbləğ: | 250 000 AZN |
Minimal faiz: | 10.00 % |