Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis | Banco.az
AccessBank

Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AccessBank” Ticarətin maliyyələşdirilməsi üzrə baş mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Öhdəliklər:

  • Ticarətin maliyyələşdirilməsi üzrə alətlərə maraq göstərən potensial müştərilərin cəlb edilməsi;
  • Potensial müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Ticarətin maliyyələşdirilməsi üzrə prosedurların, müqavilələrin və həmçinin digər işlək sənədlərin hazırlanması, razılaşdırılması və eyni zamanda təsdiqlənmək üçün təqdim edilməsi;
  • Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
  • Ticarətin maliyyələşdirilməsi üzrə alətlərin təqdim olunması və zamanında bağlanması üzrə nəzarətin həyata keçirilməsi;
  • Ticarət maliyyələşdirilməsi üzrə bazarın və müştəri bazasının analiz edilməsi;
  • Əməliyyatlar üzrə dövrü və operativ hesabatların və təqdimatların hazırlanması;

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Yüksək analitik qabiliyyət;
  • Yüksək kommunikasiya bacarıqları;
  • Biznes bankçılığı məhsulları və biznesin maliyyə analizi (biznesin maliyyələşmələri, beynəlxalq tranzaksiyalar üzrə biliklər) üzrə təcrübə;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;

Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et