Büdcəyə nəzarət üzrə mütəxəssis | Banco.az
AccessBank

Büdcəyə nəzarət üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

”AccessBank” Büdcəyə nəzarət üzrə mütəxəssis vakansiyası üzrə işçi axtarır.

Öhdəliklər

  • Xərclər baxımından büdcə və nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, gəlirlər və xərclər üzrə büdcənin mərkəzləşdirilməsi
  • Departamentlər və ya bütün şirkət üzrə fayda-xərc nisbətinin analizi
  • Rəhbərlik tərəfindən tələb olunan illik büdcə planlaması üzrə simulyasiya və modellərin hazırlanması;
  • Büdcə üzrə uyğunluqla əlaqəli xərclər və yatırımların daim izlənməsi;
  • Yeni və ya əlavə xərclərin, yatırımların büdcə səviyyəsində təsdiq olunması;
  • Şirkətin razılaşdırılmış vəsait daxil olmalarının strateji planlama və qiymətləndirmə üzərindən nağd vəsait dövriyyəsinin idarə olunması;
  • Dövrü büdcə və maliyyə hesabatlarının hazırlanması;

Tələblər

  • Mühasibatlıq, Maliyyə və ya müvafiq sahələrdə bakalavr diplomu;
  • İdarəetmə/Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində minimum 3 il iş təcrübəsi;
  • Bank sahəsində büdcə nəzarəti üzrə təcrübə;
  • Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklər;
  • Excel proqramını yüksək səviyyədə bilmək;
  • Təyin olunmuş hədəflər və onlara vaxtında çatmaq üçün öhdəliklərin yaradılması, planlaşdırılması və icrasına nəzarət etmək;
  • Analitik düşünmə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • Komanda şəklində işləmək bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

Maraqlanan namizədlər CV-lərini 08.03.2020 tarixinədək [email protected] elektron poçtuna göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.