Zaminbank məcmu kapitalını ən azından 30% artırmağı planlaşdırır | Banco.az

Zaminbank məcmu kapitalını ən azından 30% artırmağı planlaşdırır

01 yanvar 2013-ci il tarixilə müqayisədə Zaminbank məcmu kapitalını 23,65% və ya 9769,5 min manat artıraraq 01 dekabr 2013-cü il tarixinə 51 milyon 70 min 14 manata çatdırıb. Bu barədə Bankın yaydığı məlıumatada deyilir.

“Beləliklə, Mərkəzi Bankın 01 yanvar 2014-cü il tarixinə Azərbaycanın bank sektorunda fəaliyyət göstərən maliyyə institutlarının məcmu kapitalının 50 mln. manata çatdırılmasını Zaminbank vaxtından əvvəl yerinə yetirib”,- məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, il ərzində aktivlərinin artım tempinə görə ölkə bankları içərisində 15-ci yeri tutan Zaminbank öz aktivlərini əvvəlki 01 yanvar 2013-ci illə müqayisədə 13,56% artıraraq 01 dekabr 2013-cü il tarixinə 430 130,81 min manata çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

01 dekabr 2013-cü il tarixinə Zaminbank kredit portfelini həcmini 248 232,64 min manata çatdırılıb. Bu artım 01 yanvar 2013-cü il tarixilə müqayisədə 4,7% artım ilə də müşayiət olunub.

“2013-cü il "Zaminbank" ASC üçün uğurlu illərdən olub. Risklərin qiymətləndirilməsi və idarəolunmasına yanaşma, bazar seqmentinin seçilməsi, konservativ və ölçülmüş kredit siyasəti bizə nəinki 2013-cü ili uğurla başa vurmağa, həmçimin 2014-cü ilə optimizmlə baxmağa imkan verir”.

2014-cü ildə Zaminbankın əsas prioritet məsələrdən biri bankın məcmu kapitalının ən azından 30% artırılması, filial şəbəkəsinin genişləndirilməsi və müştərilərə xidmətlə əlaqədar göstərilən əməliyyatların keyfiyyət və kəmiyyətinin artımına nail olmaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et