Yapı Kredi Mobil Bankçılıq artıq xidmətinizdə! | Banco.az

Yapı Kredi Mobil Bankçılıq artıq xidmətinizdə!

Yapı Kredi Bank Azərbaycan Mobil Bankçılıq xidmətini artıq çox rahatlıqla istifadə edə bilərsiniz. Belə ki, ilk mərhələdə Android və iOS istifadəçiləri Yapı Kredi Mobil Bankçılıq proqramının zəngin xidmət məzmunundan istədikləri yer və zamanda faydalana biləcək və həyatlarını rahatlaşdıra biləcəklər.

Mobil Bankçılıq vasitəsi ilə siz Hesablarınız, Kredit Kartlarınız, Kreditləriniz, Əmanətləriniz haqqında təfərrüatlı məlumat əldə edə, Worldcard borcunuzu ödəyə, Müddətli Əmanət yerləşdirə, Bankdaxili/Ölkədaxili pul köçürə, Valyuta alqı-satqısı həyata keçirə bilərsiniz.

Yapı Kredi Mobil Bankçılıq proqramını Android və iOS telefonunuza pulsuz olaraq dərhal yükləyə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Yapı Kredi Mobil Bankçılıq proqramını yüklədikdən sonra, İnternet Bankçılıq Müştəri Nömrəsi və Şifrəsi ilə Mobil Bankçılıq əməliyyatlarınızı reallaşdırmağa dərhal başlaya bilərsiniz.

Tezliklə bütün Windows istifadəçiləri də bu xidmətdən istifadə edə biləcəklər.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et