Yapı Kredi Bank Azərbaycan yeni kampaniya təqdim edir | Banco.az

Yapı Kredi Bank Azərbaycan yeni kampaniya təqdim edir

İnternet Bankçılıqdan Faktura Borcların üçün Avtomatik Ödəniş Təlimatı ver, 25 manat Bal Hədiyyə Qazan!

Yapı Kredi Bank Azərbaycan Worlcard və ya Pulkart-ı olan fərdi müştəriləri üçün yeni kampaniya təqdim edir. Kampaniya 08 sentyabr – 08 oktyabr tarixləri arasında həyata keçiriləcəkdir. Kampaniyadan yararlanmaq üçün müştərinin, kampaniya müddəti ərzində İnternet Bankçılıq xidməti vasitəsi ilə “Ödənişlər”, “Təlimatlı Fakturalar” menyusundan faktura borcları üçün Avtomatik Ödəniş Təlimatı verməsi kifayətdir. Müştəri, yalnız bir dəfə Avtomatik Ödəniş Təlimatı verməklə kommunal, mobil, kabel TV, ev telefonu və internet ödənişlərinin hər ay avtomatik olaraq Worldcard-ından və ya Pulkart hesabından ödənilməsini təmin etməklə yanaşı, hər ödəniş təlimatı üçün 5 manat bal qazanmaqla maksimum 25 manat bal qazanmaq imkanı da əldə edəcəkdir.

Müştəri 3 növ Faktura Təlimatı tipindən özünə ən uyğun olanı seçərək ödəniş təlimatı verə bilər. Bunlar aşağıdakılardır:

Hər ayın     … -ci günü   .... AZN  ödə

Borc yaranan kimi bütün borcu ödə 

Bütün borcu  hər ayın .....-ci günü ödə

Ən sərfəli kredit üçün müraciət et

Müştəri, bir abunə nömrəsinə bir neçə ödəniş təlimatı verərsə, bunlardan yalnız biri nəzərə alınacaq. Verilmiş ödəniş təlimatları 08 noyabr tarixinə qədər ləğv edilməməlidir. Qazanılan ballar 10-14 noyabr 2014 tarixləri ərzində Worldcard-ınıza, Worldcard-ınız olmadıqda isə Pulkart-ınıza yüklənəcəkdir.

Xatırlatmaq istərdik ki, İnternet Bankçılıq xidmətinə qoşulmaq üçün Yapı Kredi Bank Azərbaycanın filiallarından birinə yaxınlaşaraq heç bir ödəniş etmədən qeydiyyatdan keçmək kifayətdir. Kampaniyadan yararlanmaq üçün müştəri bank tərəfindən eyni gün ərzində verilmiş müştəri nömrəsi və şifrə ilə www.yapikredi.com.az saytından “Fərdi İnternet Bankçılıq” bölməsinə daxil olmalı və faktura borcları üçün Avtomatik Ödəniş Təlimatı verməlidir.

Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/

ünvanından, http://www.facebook.com/yapiKrediAZ səhifəsindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzinə zəng edərək əldə etmək mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et