“Xallar” aksiyasına son 12 gün! | Banco.az

“Xallar” aksiyasına son 12 gün!

“DəmirBank”ın “DəmirTaksit” kart sahibləri üçün keçirdiyi “Xallar” aksiyasının bitməsinə 12 gün qalıb. Bank kart sahiblərinə zamandan yararlanıb dəyərli hədiyyələr qazanmağı təklif edir. Belə ki, aksiyada 1-ci və 2-ci yerlərin sahibinə Türkiyəyə səyahət bileti, 3-cü, 4-cü, 5-ci yer sahiblərinə notebook (HP ProBook 4540s), 6-cı, 7-ci, 8- ci, 9- cu və 10-cu yerlərin qaliblərinə “Apple İpad Air” (16 GB), 11-20-ci yer sahiblərinin hər birinə isə “Samsung GALAXY S4 mini duos” telefonu təqdim ediləcək.

Qeyd edək ki, “Xallar” aksiyasında ən çox xal toplayan kart sahibi qalib hesab edilir. “DəmirTaksit” kartı ilə edilmiş hər 1 AZN-lik əməliyyat 1 xal qazandırır. Eyni xalı bir neçə müştəri toplayarsa, əməliyyatı daha əvvəl etmiş müştəri qalib sayılır.

Ən sərfəli kredit üçün müraciət et

27 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et