Worldcard müştəriləri üçün “Şəxsi Kabinet” istifadəyə verildi! | Banco.az

Worldcard müştəriləri üçün “Şəxsi Kabinet” istifadəyə verildi!

“Şəxsi Kabinet”-ə daxil olaraq hesab və Worldcard məlumatlarınızı əldə etmək artıq çox asandır. Bunun üçün www.worldcard.com.az saytını açmaq və ekranın sağ üst küncündə yerləşən “Şəxsi Kabinet” düyməsini klikləmək kifayətdir. “Şəxsi Kabinet”-ə daxil olaraq Worldcard  əməliyyatlarını həyata keçirmək üçün heç bir qeydiyyata ehtiyac yoxdur. Bunun üçün Worldcard kart nömrəsinin son 4 rəqəmini, Müştəri Nömrənizi və Worldcard şifrənizi ekrandakı müvafiq xanalara daxil edərək Şəxsi kabinetinizə daxil ola bilərsiniz. Şəxsi kabinetdə hesab/kart məlumatlarınıza nəzarət edə, Worldcard borcunuzu ödəyə, Virtual kart təyin edə, Nağd avans əməliyyatı vasitəsilə kredit kartınızdan bankdaxili və ölkədaxili hesablara pul köçürə, hesab bildirişinizin tarixini dəyişdirə və s. əməliyyatları asanlıqla yerinə yetirə biləcəksiniz. Müştəri Nömrənizi öyrənmək üçün “Şəxsi Kabinet” Giriş Səhifəsində yerləşən Müştəri Nömrəsi Sorğulama düyməsindən istifadə edərək Müştəri nömrənizi dərhal öyrənə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et