Uşaqların gələcəyini indidən düşünün | Banco.az

Uşaqların gələcəyini indidən düşünün

“DəmirBank” valideynlərə uşaqlarının gələcək maliyyə durumlarını sığortalamağa, vəsaitlərinin təhlükəsizliyini təmin etmələrinə yardımçı olmaq üçün “Uşaq” əmanəti təkif edir.

“Uşaq” əmanəti “DəmirBank”ın “Əmanət çeşidi” programı üzrə əhaliyə təklif edilən əmanət növündən (“Göy”, “Sarı”, “Qırmızı”, “Yığım” “Uşaq”,) biridir. Bu əmanətin iki növü mövcuddur. Bunlardan biri “Hər rüb faizləri kapitallaşan uşaq əmanəti” növüdür ki, burada hesablanmış faizlər hər rüb əmanət məbləğinin üzərinə əlavə olunur və əlavə edilmiş faiz məbləğinə də faizlər hesablanır. Digər -“Hər rüb faizlər hesablanaraq cari hesaba köçürülən uşaq əmanəti”- növü isə istənilən vaxt faizləri cari hesabdan götürmək imkanı verir.

Ən sərfəli kredit üçün müraciət et

“Uşaq” əmanət hesabı açmaq üçün minimum 100 AZN ilkin mədaxil edilməlidir. Maksimum 18 il müddətə açılan “Uşaq” əmanətini manat, avro və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.

Ən sərfəli krediti almaq üçün müraciət et