Unibank Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verdi | Banco.az

Unibank Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verdi

Unibank  kənd təsərrüfatının inkişafına dəstək  istiqamətində daha bir layihənin icrasına başladı. Bank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına ilk kreditini ayırdı. Dünya Bankı və  Kənd Təsərrüfatı Nazirliyi ilə  birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi “ adlanan bu layihə çərçivəsində Unibank kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir.  Kreditlər 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bu layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar Unibank- biznesə dəstək sahəsində ixtisaslaşmış “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”  və “Unibank- biznes mərkəzi” filiallarına müraciət edə bilərlər. Həmçinin sahibkarlar bankın “Yasamal”, “8 saylı”  və bütün region filiallarının xidmətlərindən də faydalana bilərlər. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Ən sərfəli krediti almaq üçün müraciət et