Rabitəbank ASC və CONTACT pul köçürmələri sistemi “Bakı-2015” I Avropa Oyunları ərəfəsində müştərilər üçün “Bakı – 2015, Kontaktlılar, Avropalılar, Sizinkilər” şüarı altında xüsusi aksiyaya start verib.
31 May 2015-ci il tarixinədək davam edəcək aksiyada, CONTACT ödəniş sistemi vasitəsilə Rabitəbankın istənilən filialında pul köçürməsi edən bütün müştərilər hədiyyə qazanmaq şansı əldə edəcəklər. Aksiya çərçivəsində yaradılmış uduş fondu “Bakı-2015” Avropa Oyunlarının açılış mərasiminə 10 bilet və bağlanış mərasiminə 20 biletdən ibarətdir.
Qaliblərin müəyyənləşdirilməsi üçün iki meyar əsas götürüləcəkdir: aksiya müddətində ən çox məbləğdə və 300 ABŞ Dollarından az olmayaraq ən çox sayda pul köçürməsi edən müştərilər qalib ola biləcəklər.
Aksiyanın qaliblərinə hədiyyələrin təqdimatı mərasiminin 5-10 iyun 2015-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.
22 il ərzində ölkədə kiçik və orta sahibkarlara maliyyə xidmətləri göstərən Rabitəbank ASC-nin filial şəbəkəsi ilə bura daxil olmaqla tanış ola bilərsiniz.