Beynəlxalq reytinq agentliyi Fitch Ratings Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank"ın reytinqini – uzunmüddətli "B+" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə növbəti dəfə təsdiqləmişdir.
Qeyd edək ki, reytinq agentliyi "PAŞA Bank"ın reytinqini öncə, 2012-ci ilin sentyabr ayında müəyyənləşdirmiş və 2013-cü ilin dekabr ayında təsdiqləmişdir.
Bir neçə gün öncə “Standard & Poor's” beynəlxalq agentliyi də "PAŞA Bank"ın reytinqini uzunmüddətli "BB-" və qısamüddətli “B” səviyyəsində, "stabil" proqnozu ilə təsdiqləmişdir.