NIKOIL | Bank birinci lotereya tirajını keçirdi! | Banco.az

NIKOIL | Bank birinci lotereya tirajını keçirdi!

10 iyul tarixində “NİKOYL”  Bankın Bakı şəhəri Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində “NİKOYL | Səyahət” əmanət aksiyası çərçivəsində iyun ayının yekunlarına görə birinci lotereya tirajı keçirilmişdir.  Beş xoşbəxt əmanətçimiz 1000 AZN dəyərində, cari ilin sonunadək etibarlı olan səyahət kuponu əldə etmişdir. Növbəti lotereya tirajı yuxarıda qeyd olunan ünvanda 10 avqust tarixində keçiriləcəkdir və əmanətçilərimiz yenidən 5 ədəd səyahət kuponu əldə etmək imkanı qazanacaqdırlar.

Nəzərinizə çatdırmaq istəyirik ki, aksiyada 2 iyun – 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilər iştirak edə bilərlər. Müştərilər əmanətlərini 16%-dək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər hər biri 1 000 AZN dəyərində olan 10 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanacaqlar

Qeyd etmək istərdik ki, lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində Bankda olan mövcud əmanətin müddətini 50%-dək artırmaq tələb olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et