NBC Bank-dan təqaüdçülərə kredit | Banco.az

NBC Bank-dan təqaüdçülərə kredit

NBC Bank əhalinin müxtəlif təbəqələri üçün bank xidmətlərinin çeşidlərini artırmaqdadır. Bu sıradan istehlakçılara yeni kredit məhsulu olan “Təqaüdçülərə Kredit” təqdim olunur.

Bu kredit növü vasitəsi ilə təqaüd alan 70 yaşa qədər hər bir Azərbaycan vətəndaşı, NBC Bankdan təqaüd məbləğinin 10 mislinə qədər kredit rəsmiləşdirmək imkanı əldə edir. Kreditin əldə olunması üçün kredit götürənin şəxsiyyət vəsiqəsi və Dövlət Sosial Müdafiə Fondundan təqaüd alınması ilə bağlı arayış kifayət edir ki, bu kreditin maksimum müddəti 24 ay olaraq müəyyən edilib. Onu da qeyd etmək istərdik ki, 2500 AZN-ə qədər məbləğdə kredit üçün zamin tələb olunmur.

Ən sərfəli kredit üçün müraciət et

NBC Bankın təklif etdiyi bu və ya digər bank məhsulu və xidmətləri ilə bağlı ətraflı məlumatı Bankın Bakı şəhərində yerləşən 7 və ya Gəncə, Şəki, Lənkəran və Sumqayıt şəhərində yerləşən filiallarından əldə edə bilərsiniz.

Əlaqə nömrəsi (012) 932.

NBC Bank – hər zaman yanınızda!

 

Ən sərfəli krediti almaq üçün müraciət et