Nağdsız əməliyyat apardı, “AtaBank” ASC-dən 500 manat qazandı | Banco.az

Nağdsız əməliyyat apardı, “AtaBank” ASC-dən 500 manat qazandı

AtaBank" ASC-nin 1 mart 2014-cü il tarixindən start verdiyi "Al, Poz, Qazan" ani stimullaşdırıcı lotereya kampaniyasında ikinci 500 manatlıq uduş qazanılmışdır. Kampaniyada iştirak edən müştəri Oqtay Babayev apardığı nağdsız əməliyyat vasitəsilə 3 lotereya kuponu almış və lotereya kuponlarından biri ona 500 manat məbləğində uduş gətirmişdir. Bundan  başqa Bankın Nərimanov, Səbail, Gəncə, Lənkəran, Şəmkir, Xaçmaz və Monolit filiallarında keçirilmiş uduş kampaniyasında iştirak edən lotereya kuponları sahibləri müxtəlif məbləğdə pul mükafatları qazanaraq qalib olublar. 

Qeyd edək ki, lotereya kampaniyası 31 dekabr 2014-cü il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda “AtaBank” ASC-nin POS-terminallarının sayı 17 000-dən artıqdır.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniya haqqında daha ətraflı məlumat üçün www.atabank.com  saytına, www.facebook.com/atabank https://twitter.com/AtaBank_ASC  səhifəsinə daxil olmaq olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et