Land of Fire Birliyinin üzvləri Fransada keçirilən MotoFestivalda iştirak edirlər | Banco.az

Land of Fire Birliyinin üzvləri Fransada keçirilən MotoFestivalda iştirak edirlər

Xəbər verildiyi kimi, Land of Fire Birliyinin 6 üzvü  Fransanın Qrimo şəhərində keçiriləcək MotoFestivalda iştirak üçün motoyürüş edirlər.  Bu motoyürüşün məqsədi, 12-18 iyun tarixlərində Azərbaycanda keçiriləcək İlk Avropa Oyunları (#BAKU2015)  ərəfəsində Azərbaycanı və Avropa oyunlarını tanıtmaq və təbliğ etməkdir.

Baykerlər iki qrupa bölünərək, Harley Davidson motosikletləri ilə Bakıdan motoyürüşə başlamışdırlar.  Baykerlərin bir qrupu Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya və İtaliya ərazisindən keçib, ikinci qrup isə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya və İtaliya ərazisindən keçib. Hal hazırda hər bir qrup 5000 km-dən artıq  məsafəni qət edib.  Dünən hər iki qrup İtaliyanın Genuya şəhərində görüşüb.  Artıq bu gün onlar Fransanın Qrimo şəhərinə yola düşüblər.  Onu da qeyd etmək lazımdır ki, hazırki motoyürüş iştirakçıların şəxsi vəsaitləri hesabına maliyyələşdirilir.

Ən sərfəli kredit üçün müraciət et

Land of Fire birliyi Harley Davidson markalı  motosikletlərin sahiblərinin müstəqil birliyidir.  Birlik iştirakılarını bir araya gətirən əsas meyar – Harley Davidson motosikletlərinə məhəbbət, üzvlər arasında qardaşlıq  münasibətləri, Vətənə sevgi və ailə dəyərlərinə sadiqliq.

Ən sərfəli krediti almaq üçün müraciət et