Kapital Bankdan “Yubiley qazancı” | Banco.az

Kapital Bankdan “Yubiley qazancı”

Kapital Bank fəaliyyətə başlamasının 140 illiyi münasibətilə “Yubiley qazancı” adlı yeni kampaniyaya start verib. Müştərilər bu əlverişli fürsəti düzgün dəyərləndirib, öz vəsaitlərindən daha çox qazana bilərlər.

30 dekabr 2014-cü il tarixinə qədər Kapital Bankda yerləşdirilən “Kapital” depozitinə görə illik faizlər müddətdən asılı olaraq 13 %-dək artırılıb. Hesabdakı depozit məbləğini rahatlıqla artırmaq imkanı var. Üstəlik, əmanətin məbləği 500 manatdan çox olanda müştərilərə dəyərli ödəniş kartı hədiyyə edilir. Faizləri kartla hər ay, ya da müddətin sonunda almaq olur. Amma bu, hələ son deyil. Müştərilərin istəyi ilə onlara çox sərfəli şərtlərlə nağd pul krediti verilir, yaxud kredit xətti açılır. Depozitləri Bankın bütün filiallarında yerləşdirmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman xidmətinizdədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et