Sentyabrın 10-da Unibankın “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının qaliblərinin adları məlum olacaq. Nəticələr 3 iş günü ərzində KİV-də dərc olunacaq. Ümumi uduş fondu 5000 manat təşkil edir. Hər qalib 100 manat qazanacaq. Lotereya üzrə uduşlar, Bankın Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş ofisində keçiriləcək
Qeyd edək ki, Lotereyanın şərtlərinə görə, iyunun 24-dən avqustun 31-dək Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə Unibank filiallarında və bankın Cash-in-lərində aparılan kredit ödənişlərinə şamil edilmir.
Oyunun keçirildiyi aylar ərzində hər kredit müqaviləsi üzrə edilmiş ödənişlər 1 şans kimi qəbul edilir. Müştəri bir kredit müqaviləsi üzrə hər ay ( iyun,iyul, avqust) ödəniş edərsə, maksimum 3 şansı ola bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank –hər kəsin bankı