Fotomüsabiqənin qalibi sən ol! | Banco.az

Fotomüsabiqənin qalibi sən ol!

Xəbər verdiyimiz kimi, Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirir. Müsabiqənin I mərhələsi sona çatıb və II mərhələyə start verilib.

I mərhələnin şərtlərinə görə, 13 yanvar 2015-ci il tarixinədək iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər.

II mərhələnin şərtlərinə görə isə, seçilən 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilir. Fotolarla Bankın rəsmi Facebook səhifəsində tanış olmaq olar – https://www.facebook.com/media/set/?set=a.874228699294117.1073741829.151... .

Ən sərfəli kredit üçün müraciət et

26 yanvar 2015-ci il tarixinədək keçirilən müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunacaq. Digər 7 iştirakçıya isə Expressbank adından korporativ hədiyyələr veriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et