Fitch Ratings AccessBankın uzunmüddətli emitent defoltu reytinqini (EDR) "ВВ+" səviyyəsindən "ВВB-" səviyyəsinədək yüksəldib. Proqnoz "Sabit". Reytinqin BBB- səviyyəsinə yüksəlməsi ilə, Bank “İnvestment Grade” səviyyəsi qismində təsnif olunan və BBB- və daha yüksək reytinqlərə şamil edilən yüksək kredit qabiliyyəti səviyyəsinə əhəmiyyətli dərəcədə yaxınlaşıb. İndiyədək İnvestment Grade səviyyəsinə MDB ölkələrində yalnız bir neçə bank çatıb, Azərbaycanda isə bu ilk dəfədir.
AccessBank-ın Baş Meneceri Michael Hoffmann bu reytinqi şərh edərək deyib: “Bizim EDR reytinqimizin İnvestment Grade səviyyəsinə yüksəlməsi AccessBank üçün yeni nailiyyətdir və Bankın sabitliyini və etibarlılığını əks etdirir. AccessBank-ın möhkəm mövqeyi bizim güclü səhmdarlarımıza və sabit fəaliyyət nəticələrimizə əsaslanır. Bank ildən-ilə öz bizinesinin həyata keçirilməsində və bu ölkədə cəlb etdiyimiz minlərlə müştəriyə xidmət göstərilməsində yüksək nəticələr nümayiş etdirir”.
Aşağıda aparılan reytinq əməliyyatlarının tam siyahısısı verilir:
Uzunmüddətli EDR: Sabit proqnozla "ВВ+" səviyyəsindən "ВВB-" səviyyəsinədək yüksəldilib
Qısa müddətli EDR: "В" səviyyəsindən "F3" səviyyəsinə yüksəldilib
Dayanıqlılıq reytinqi: "bb-" səviyyəsində təsdiqlənib
Dəstək Reytinqi: "2" səviyyəsindən "3" səviyyəsinə yüksəldilib