“FINCA Azerbaijan” “Tələbə Təqaüd Proqramı”nın nəticələrini elan etdi | Banco.az

“FINCA Azerbaijan” “Tələbə Təqaüd Proqramı”nın nəticələrini elan etdi

04 Noyabr 2014-cü il tarixində “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində 2013-cü ildən etibarən icra etdiyi “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramı 2014-ün nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirdi.    Mətbuat konfransında FINCA Azerbaijan təşkilatının rəhbər şəxsləri ilə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankı, Təhsil Nazirliyi, Amerika Ticarət Palatası və mətbuat nümayəndələri, proqram çərçivəsində qalib gəlmiş tələbə və onların valideynləri iştirak etmişdilər.

15 sentyabr Bilik Günü ilə əlaqədar həyata keçirilən “Biliyini Kapitala Çevir” Tələbə Təqaüd Proqramının qalibləri FINCA Azerbaijan kredit təşkilatının az təminatlı müştərilərinin bu il ali təhsil müəssisələrinə ən yüksək balla qəbul olmuş övladları arasından seçilmişdir. Belə ki, proqramın şərtlərinə əsasən müsabiqədə 1000 ABŞ dolları və ya 800 AZN məbləğinə qədər təşkilatdan kredit götürmüş aktiv müştərilərin övladları  iştirak etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Seçim şərtlərinə uyğun olaraq daxil olan ərizələr arasından ən yüksək bal toplayan Mərkəz regionundan 8, Qərb bölgəsindən 7, Şərq bölgəsindən 5, Cənub bölgəsindən 4 və Abşeron bölgəsindən 1 nəfər təqaüd verilməsi üçün layiq görülmüşdür. Ümumilikdə, ərizəçilər arasından ölkə üzrə seçilmiş 25 nəfər tələbəyə bir il ərzində 100 AZN məbləğində təqaüd veriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et