Expressbankdan “Talassemiyasız həyat naminə” proqramına dəstək! | Banco.az

Expressbankdan “Talassemiyasız həyat naminə” proqramına dəstək!

Expressbank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, “Talassemiyasız həyat naminə” proqramına dəstək verib. Bankın baş ofisində təşkil olunan qanvermə aksiyasında Expressbank-ın rəhbərliyi və əməkdaşları iştirak edib.  Aksiyanın yekunlarına görə mərkəzi qan bankına 10 litrə yaxın qan verilib.

Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə ölkədə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı qanvermə aksiyalarından asılıdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et