Expressbank qaliblərini mükafatlandırdı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Expressbank qaliblərini mükafatlandırdı

Xəbər verdiyimiz kimi, Expressbank 28 Mall ticarət mərkəzində, Instagram və Facebook istifadəçiləri arasında “Gülə-gülə Yeni İlə” adlı fotomüsabiqə keçirib. 4 fevral 2015-ci il tarixində müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Müsabiqənin ilk 3 qalibinə müvafiq olaraq Visa Platinum + 500 AZN, Visa Gold + 300 AZN və Visa Classic + 100 AZN təqdim olunub. Digər 7 iştirakçıya isə Expressbank adından korporativ hədiyyələr verilib.

Qeyd edək ki, müsabiqə II mərhələdə keçirilib. I mərhələnin şərtlərinə görə, əvvəlcə iştirakçılar 28 Mall ticarət mərkəzində olan Expressbank-ın şam ağacının fonunda təbəssümlə şəkil çəkdirməli və #smilecard2015 haştegi ilə şəxsi Instagram səhifələrinə yerləşdirməli idilər. II mərhələdə isə, seçilən 10 şəkil Expressbank-ın Facebook səhifəsində yerləşdirilib və “like”lar vasitəsilə səsvermə keçirilib.