Expressbank bayram günlərində müştərilərə xidmət göstərəcək | Banco.az

Expressbank bayram günlərində müştərilərə xidmət göstərəcək

Expressbank istirahət günləri elan edilən 23, 24 və 25 mart tarixlərində müştərilərə xidmət göstərəcək. Qeyd edilən tarixlərdə Expressbank-ın MXD, Yasamal, Mərkəz, Neftçilər, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Xaçmaz və Qusar filialları saat 10:00-dan 14:00-dək işləyəcək.

Bu tarixlərdə Expressbank əmanətlər, kreditlər, təcili pul köçürmələri, bank kartları və s. üzrə əhaliyə xidmət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, hər bir insana can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Ən sərfəli krediti almaq üçün müraciət et