Bolkart sahiblərinə Yeni il hədiyyəsi! | Banco.az

Bolkart sahiblərinə Yeni il hədiyyəsi!

“Bank of Baku” yüz minlərlə Bolkart sahibi üçün üstünlüklərlə bol Yeni il kampaniyasını təqdim edir. Alış-veriş kampaniyası üç üstünlükdən ibarətdir və standart taksitlərə əlavə ödəmə müddətlərini nəzərdə tutur. Beləliklə, 15 dekabr 2014 - 5 yanvar 2015-ci illər arası Bolkartla alış-veriş edənlər aşağıdakı üstünlükəri qazanacaq:

1 aya ödə”  müddətli partnyor mağaza və ticarət mərkəzlərində alış-veriş edənlər, 2 ay sonra, yəni  10 fevral 2015-ci ilədək ödəmə fürsəti qazanacaq.

Xarici ölkələrdə, o cümlədən xarici internet saytlarda, alış-veriş edən Bolkart MasterCard sahibləri, 1 ay əvəzinə, 2 ay sonra, yəni  10 fevral 2015-ci ilədək ödəmə imkanı əldə edəcək .

Ən sərfəli kredit üçün müraciət et

“3, 6 və 12 aya ödə” partnyorlarında alış-veriş edən Bolkart sahibləri + 3 ay hədiyyə qazanacaq (müştəri müvafiq olaraq 3 aylıq ödəməni 6 aya, 6 aylıq ödəməni 9 aya, 12 aylıq ödəməni isə 15 aya həyata keçirəcək).

Beləliklə, Yeni il öncəsi hər bir Bolkart sahibi daha rahat ödəmə qrafiki əldə etmiş olur. Bu gün Bolkartla minlərlə mağaza, ticarət mərkəzi və dükanlarda alış-veriş etmək olar. 

Ən sərfəli krediti almaq üçün müraciət et