Bankomat vasitəsi ilə pul göndərmək və pul almaq imkanı | Banco.az

Bankomat vasitəsi ilə pul göndərmək və pul almaq imkanı

Expressbank-ın innovativ xidmətləri sayəsində müştərilər ATM vasitəsi ilə pul göndərib pul ala bilirlər. Üstəlik günün istənilən vaxtı, tez və rahat şəkildə. 

Belə ki, “Cash by Code” xidməti vasitəsilə bank kartı sahibləri kartı olmayan şəxslərə də pul göndərə bilərlər. Bunun üçün kartı bankomata daxil etdikdən sonra Xidmətlər bölümündə müvafiq “Cash by Code” xidmətini seçmək, pul alacaq şəxsin mobil telefon nömrəsini və ona göndəriləcək məbləği qeyd etmək lazımdır. Əməliyyat sona çatdıqdan sonra pul göndərən şəxsə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, pulu alacaq şəxs isə mobil nömrəsinə 5 rəqəmli şifrə qeyd olunan SMS alır. Qəbzdə olan şifrəni pul alacaq şəxsə bildirmək gərəkdir. Pul alacaq şəxs istənilən Expressbank ATM-nə yaxınlaşaraq pul göndərən şəxs tərəfindən ona təqdim olunmuş və SMS-ilə ona göndərilmiş şifrələri birgə daxil edərək heç bir komissiya ödəmən vəsaiti ala bilər.

Ən sərfəli kredit üçün müraciət et

Expressbank-ın kart sahibləri üçün pul göndərən zaman “Cash by Code” xidməti üzrə komissiya cəmi 1%(min. 1 AZN/1 USD/1 EUR/1 GBP) təşkil edir. Qeyd edək ki, “Expressbank”ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa / MasterCard Gold, 800 AZN ilkin mədaxillə isə Visa / MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. 

Daha ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

 

Ən sərfəli krediti almaq üçün müraciət et