Bankın aktivləri 44 % artıb | Banco.az

Bankın aktivləri 44 % artıb

Expressbank-ın aktivləri 1 yanvar 2015-ci il tarixinə 327,7 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 30,2 mln. manat və ya 16,8 % artaraq 210,6 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2015-ci il tarixinə 166,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 51,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 33,4 %  çoxdur.

Bankın 1 yanvar 2015-ci il tarixinə məcmu kapitalı 137,7 mln. manat təşkil edib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinq ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.