Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 2014-cü il iyulun 1-nə 73,1 mln. manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən üç dəfə artıqdır. Bu barədə bank tərəfindən saytımıza daxil olan məlumatda bilidirilir.
Məlumat üçün qeyd edək ki, VTB (Azərbaycan) cari ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 mln. manat kredit vermişdir. Onu da nəzərinizə çatdıraq ki, ötən ilin ikinci rübünün sonunda biznesin kreditləşməsinin həcmi 12,7 mln manat olmuşdur.
Bank VTB (Azərbaycan) ASC-nin Kiçik və orta biznes İdarəsinin rəisi Bəhruz Camalov: “Bazarın inkişaf tendensiyasını nəzərə alaraq biz kiçik və orta biznesin inkişafında fəal iştirak edirik. Belə ki, cari ilin sonuna biznes kreditləşmə üzrə portfelin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Qeyd edək ki, 2012-ci ildə biz bu bazara iki milyonluq kredit portfeli ilə daxil olmuşduq və SME-kreditləşmə bazarının kifayət qədər rəqabət qabiliyyətli olmasına baxmayaraq əhəmiyyətli nəticələr əldə etmişik”.