“Bank of Baku” plastik kart müştəriləri üçün SMS bankçılıq xidmətini yenilədi. Yenilənmiş bu xidmət sayəsində kart sahibləri öz hesablarına çevik nəzarət edə və müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.
SMS bankçılıq xidməti müştəriyə aşağıdakı üstünlükləri verir:
- SMS məlumatlandırma (hesabdan məxaric olunan məbləğlər barədə məlumat)
- Kartın cari balansı barədə məlumatın alınması sorğusu
- Kart hesabının bloklaşdırılması
- Kart hesabının blokdan çıxarılması
- Kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması
SMS bankçılıq xidmətinin üstünlüklərindən “Bank of Baku”-nun Bolkart və “Əmanət klubu” kartlarının sahibləri pulsuz olaraq yararlana bilər.
Digər kart sahibləri isə banka baş çəkib birdəfəyə 5 AZN komissiya ödəməklə (kartın müddətindən asılı olmayaraq ) SMS məlumatlandırma və SMS bankçılıq xidmətlərinə qoşula bilərlər.
Müxtəlif əməliyyatların icrası üçün müvafiq SMS mətni tərtib olunur və 8145 nömrəsinə göndərilir. SMS mətnləri və qoşulma üsulları barədə ətraflı məlumat burada: http://www.bankofbaku.com/az/online-services/sms-m-lumatland-rma/
SMS Bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir.
Ətraflı məlumat:
145 Məlumat Mərkəzi
https://www.facebook.com/bankofbaku