“Bank of Baku”-dan tibb işçilərinə kredit güzəşti: KOMİSSİYA XƏRCLƏRİNƏ 50% ENDİRİM! | Banco.az

“Bank of Baku”-dan tibb işçilərinə kredit güzəşti: KOMİSSİYA XƏRCLƏRİNƏ 50% ENDİRİM!

Azərbaycanın tibb işçilərinin peşə bayramı ilə əlaqədar  “Bank of Baku”  güzəştli kredit kampaniyası elan edir.

Kampaniyanın şərtinə əsasən “Bank of Baku” Azərbaycanın səhiyyə sisteminin işçiləri üçün nağd kreditin komissiya haqqında 50 %-lik endirimə başlayır.

(Müştəri “Dostlar Klubu”-nun üzvüdürsə, 50%-lik komissiya endirimi ilə yanaşı, illik faiz dərəcəsində 3% endirim də ediləcək. Bu zaman “Dostlar Klubu”-nun bonusu komissiyadakı endirim məbəği qədər azaldılır).

Kreditin maksimal məbləği 10.000 manat təşkil edir. Kampaniya 23 iyun 2014-ci il tarixinədək davam edəcək.

Krediti rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb olunur- şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya rəsmi gəlirləri təstiq edən digər sənəd).Kredit qısa müddət ərzində ayrılır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, tibb işçiləri istənilən “Bank of Baku” filialına müraciət edə bilərlər. Filial ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun Məlumat Mərkəzinə 145 nömrəsi ilə zəng etmək, habelə bankın  sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sualı vermək olar – www.facebook.com/bankofbaku