Azərbaycanın bu bankı İlin ən Yaxşısı seçildi | Banco.az

Azərbaycanın bu bankı İlin ən Yaxşısı seçildi

AccessBank The Banker tərəfindən İlin ən Yaxşı Bankı elan edilib (FT qrupu)

The Banker üçüncü dəfə AccessBank-ı Azərbaycanda İlin Ən yaxşı Bankı adına layiq görüb

Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 02 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Artıq üçüncü dəfədir ki, Bank son beş il ərzində bu ali mükafata layiq görülür. 

«The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülmək bizi çox sevindirir. Bu təltifat, daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün AccessBank komandasının öz işinə olan sadiqliyinin və gərgin əməyinin  göstəricisidir», - AccessBank-ın İdarə Heyyətinin Sədri Michael Hoffmann qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf  Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb.AccessBank Azərbaycanda aparıcı bank olaraq tam çeşidli xidmətlər təklif edir, ölkə üzrə geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. Fitch Ratings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək reytinq hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.

Ən sərfəli krediti almaq üçün müraciət et