Azərbaycan Beynəlxalq Bankı və "Visa İnternational" yeni kampaniyaya start veriblər | Banco.az

Azərbaycan Beynəlxalq Bankı və "Visa İnternational" yeni kampaniyaya start veriblər

Azərbaycan Beynəlxalq Bankı (ABB) "Visa İnternational" şirkəti ilə birlikdə "Visa kartı ilə xaricdə ödəniş et və hədiyyə qazan!" kampaniyasına start verdi.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni kampaniya ABB-nin müştərilərinə Visa kartı ilə ölkənin hüdudlarından kənarda alış-veriş etməklə hədiyyə qazanmaq imkanı verir. Kampaniya 15 iyul tarixindən 15 oktyabra qədər keçirələcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən yüksək məbləğdə əməliyyatları həyata keçirən müştərilər "iPhone 5" mobil telefonu ilə mükafatlandırılacaq, sayca ən çox əməliyyat aparan və ümumi əməliyyatların həcmi 2000 manatdan yüksək olan müştərilər fotoaparat və videokameralarla mükafatlandırılacaqlar.