Avqustun 8-də “DəmirBank”-ın Bərdə filialının ofisində “Açıq qapılar” günü keçirilib. Tədbirdə bankın işçiləri və müştəriləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə “DəmirBank”-ın 25 illik yubileyi ilə əlaqədar bank tərəfindən istehlak kreditləri üzrə illik faiz dərəcəsində 10% endirim və pulsuz olaraq “DəmirTaksit” kartı təqdim edilməsi ilə əlaqədar məlumat verilib. Bankla uzun müddət ərzində əməkdaşlıq edən müştərilərə qiymətli hədiyyələr təqdim edilib.
“DəmirBank”-ın Bərdə filialı əhaliyə və sahibkarlara müxtəlif kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri və digər bank xidmətləri göstərir. Bakı küçəsində yerləşən Bərdə filialı müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün zəruri imkanlara malikdir. Bank filiallarına gələn müştərilər olduqca sərfəli şərtlər ilə xidmətlərdən bəhrələnə bilərlər.
Qeyd edək ki, “DəmirBank” fəaliyyət göstərdiyi 25 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 33 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.