“AtaBank” qadın jurnalistlər arasında boulinq üzrə yarış keçirdi | Banco.az

“AtaBank” qadın jurnalistlər arasında boulinq üzrə yarış keçirdi

2015-ci il martın 5-də “AtaBank” ASC qadın jurnalistlər arasında 8 Mart Qadınlar gününə həsr olunmuş boulinq yarışı keçirmişdir. Bu dəfə həmkarlar hazırcavablıq yox, sərrast şar tullamaq üzrə yarışmışlar. Məlum olduğu kimi boulinq həm də çox əyləncəli şəkildə aktiv hərəkət etməyə və kalori sərf etməyə kömək edir, gözün ölçmək qabiliyyətini, obyektə qədər olan məsafəni və şarın hərəkət trayektoriyasını müəyyən etmək bacarığını inkişaf etdirir, hərəkətlərin koordinasiyasını yüksəldir.

Yarışda “AtaBank” ASC-nin dəvətini almış Azərbaycan mətbuatında işləyən qadın-jurnalistlər iştirak etmişlər. Dostluq turnirinin yekunlarına görə qaliblər elan edilmiş və onlara “AtaBank” ASC-nin mükafatları təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirdə iştirak edən “AtaBank” ASC-nin icraçı direktoru, İdarə heyərinin üzvü Elnur Osmanov bankın adından qadın-jurnalistləri 8 Mart - Beynəlxalq Qadınlar Günü bayramı münasibətilə təbrik etmişdir. O demişdir: “Bu gün qadınlar öz yüksək peşəkarlıqlarını nümayiş etdirərək Azərbaycanın kütləvi informasiya vasitələrində layiqli yer tuturlar. Biz qadın-jurnalistlərə öz peşəkar fəaliyyətlərində məhsuldar uğurlar arzulayırıq. Bizim bu aksiyanı keçirmək qərarımız ona əsaslanır ki, boulinqin şübhəsiz faydası dostluq əlaqələrinin möhkəmlənməsindədir. İnsanları birləşdirən bu oyun yeni tanışlar tapmağa kömək edir, həmçinin asudə vaxtı aktiv əyləncə ilə rəngarəng etməyə kömək edir”.

Ən sərfəli krediti almaq üçün müraciət et