AccessBank nağdsız hesablaşmaları asanlaşdıran “Biznesə 5D” yaratdı! | Banco.az

AccessBank nağdsız hesablaşmaları asanlaşdıran “Biznesə 5D” yaratdı!

Nağdsız hesablaşmalarıasanlaşdırmaq üçün Bank yeni imkanlar yaradır

Daim sahibkarlara dəstək olan AccessBank, nağdsız hesablaşmalarla bağlı yeni tələbləri nəzərə alaraq iş adamlarının ehtiyaclarına uyğunözəl təkliflər təqdim edir.Butəkliflər həm fərdi sahibkarların, həmdə hüquqişəxslərin biznesinin aparılmasını əhəmiyyətli dərəcədəasanlaşdıracaq.

“Biznesə 5D“adlı xüsusi təklifdən yararlanan müştərilər ümumilikdə 5 məhsul və xidməti pulsuz əldə edəcəklər:

  • Cari hesablar
  • Əməkhaqqı Layihələri
  • Müştərinin VÖEN hesabına bağlı Biznes Kart
  • Pos-terminal
  • Onlayn bankinq

Bu xidmətləri istifadə etməkləiş adamları banka gəlmədən 24/7 rejimində rahatlıqla nağdsız  əməliyyatlarını həyata keçirə bilərlər. AccessBank fəaliyyətinin prioritet istiqamətlərindən biri olan korporativ bankçılığı daha da inkişaf etdirmək məqsədilə yaxın gələcəkdəyeni məhsul və xidmətlər təqdim edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.  

Ən sərfəli krediti almaq üçün müraciət et