Azərbaycan avtomobil idxalını 70% artırıb | Banco.az

Azərbaycan avtomobil idxalını 70% artırıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 6 643 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitəsi idxal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 70,1% artım deməkdir.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Hesabat dövründə 5 783 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 670 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi idxal olunub. Bu da müvafiq olaraq illik 70,6% və 76,8% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi idxalı 2,3 dəfə artaraq 138 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 32,5% azalaraq 52 ədəd təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et