DəmirBank müştərilərə mobil danışıq dəqiqələri qazandıran MobilKart təqdim edib | Banco.az

DəmirBank müştərilərə mobil danışıq dəqiqələri qazandıran MobilKart təqdim edib

DəmirBank müştərilərə mobil danışıq dəqiqələri qazandıran MobilKart plastik kartlarını təqdim etməkdə davam edir.

MobilKart ilə əməliyyat edən müştərilərin kartla dövriyyələrinin 0,4%-i həcmində mobil telefon nömrələrinə DəmirBank tərəfindən danışıq dəqiqələri köçürülür. Bu kartdan Azərbaycanda olan istənilən mobil operatordan istifadə edən müştərilər yararlana bilərlər.

Hesablaşmalar hər ay aparılır və müştərinin istifadə etdiyi mobil telefon nömrəsinin balansına danışıq dəqiqələri köçürülür. MobilKart məhsulunun qiyməti 15 AZN olmaqla müştərilərə təklif olunur.

DəmirBank plastik kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən sərfəli krediti almaq üçün müraciət et