Meksika sakini “Cartier” sırğalarını 28 min dollar əvəzinə 28 dollara aldı | Banco.az

Meksika sakini “Cartier” sırğalarını 28 min dollar əvəzinə 28 dollara aldı

Müəllif:Ayşən İmanova/Banco.az

Meksika sakini Rogelio Villarreal internet səhifəsində yaranan nasazlığa görə “Cartier” sırğalarını real qiymətindən min dəfə aşağı qiymətə alıb.

Banco.az xəbər verir ki, hadisə 2023-cü ilin dekabrında baş verib. Meksika sakininin sözlərinə görə, sosial şəbəkələrin birində inanılmaz ucuz “Cartier” sırğalarına rast gəlib. O, zinət əşyalarını şirkətin internet mağazasından sifariş edib və brendin internet saytında baş verən nasazlığa görə iki cüt lüks markalı sırğa ona min dəfə ucuz başa gəlib.

Məlumata görə, “Cartier” satınalmanı qəbul etməkdən imtina edib və alışın pulunu geri qaytarmağı, həmçinin kompensasiya olaraq bir şüşə bahalı şampan və premium dəridən hazırlanmış zərif sənəd qutusu təqdim etməyi təklif edib. Lakin bu təklif alıcını qane etməyib və o, Meksikanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi ilə əlaqə saxlamağa qərar verib.

Agentlik işi araşdırdıqdan sonra alıcıya malı müəyyən olunmuş qiymətə almaq hüququnu tanıyaraq onun xeyrinə qərar verib. Rogelio Villarreal dörd aylıq mübarizədən sonra nəhayət zinət əşyalarını aldığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu hekayə, hətta böyük şirkətlərə gəldikdə belə, istehlakçı hüquqlarınızı qorumağın nə qədər vacib olduğuna dair bir nümunədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et