Avrozonada tənəzzül başa çatıb | Banco.az

Avrozonada tənəzzül başa çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonanın birinci rüb artım məlumatları regionda tənəzzülün başa çatdığını göstərir.

Banco.az xəbər verir ki, Avrozona iqtisadiyyatı regionun dörd ən böyük iqtisadiyyatının rəhbərlik etdiyi proqnozları üstələyən artımla tənəzzüldən çıxmağa müvəffəq olub.

Bununla belə, region ölkələrində son zamanlarda geriləyən inflyasiyanın azalma tendensiyası dayanıb.

Avropa Statistika Təşkilatının (Avrostat) məlumatlarına görə, ümumi daxili məhsul birinci rübdə əvvəlki üç ayla müqayisədə 0,3 faiz artıb. İqtisadçılar isə təkcə 0,1 faiz artım gözləyirdilər.

Digər bir məlumat isə göstərir ki, region ölkələrində istehlak qiymətləri aprel ayında illik 2,4 faiz artıb ki, bu da həm proqnozlarla, həm də mart ayının səviyyəsi ilə eynilik təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yüksək inflyasiya, artan faiz dərəcələri və zəif qlobal tələb səbəbindən istehsalın azalmasından sonra Avrozona iqtisadiyyatına ümidlər yenidən artmağa başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et