Yanvar ayı üzrə Azərbaycanın sığorta bazarında vəziyyət necə dəyişib? | Banco.az

Yanvar ayı üzrə Azərbaycanın sığorta bazarında vəziyyət necə dəyişib?

Yanvar ayında Azərbaycan sığorta bazarı üzrə yığımların həcmi 13,7% artaraq 133,948 milyon manata çatıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 35,168 milyon manata bərabər olub.

    Ödənişlərin yığımlara nisbətən kəskin artması sığorta bazarının zərərliliyini artırıb. Belə ki, ötən il toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödənişə yönəldilibsə, bu ilin yanvar ayında bu rəqəm 26,3 manat təşkil edib.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et