Vitaminlərlə bağlı ŞOK faktlar ortaya çıxıb | Banco.az

Vitaminlərlə bağlı ŞOK faktlar ortaya çıxıb

Bu haqda məlumatı Toronto universitetinin həkimləri paylaşıb. Onlar müxtəlif vitaminlərin insan orqanizminə təsirini araşdırıb.

Araşdırmanın şəffaf olması üçün iki dərman tipi - dərman və plesbolar qarışıq şəkildə qəbul olunub. Belə olduqda nə təcrübəçilər, nə də həkimlər kimin nə qəbul etdiyini bilməyib. Ortaya çıxan nəticələr isə çox maraqlı olub. Beləki, məlum olub ki, Ca, C və D vitaminləri heç də deyildiyi kimi profilaktik ürək-damar xəstəliklərində, ürək tutmamalarında və ya insultunda həlledici təsirə malik deyillər. Bundan əlavə ortaya çıxıb ki, fol turşusu və B vitaminin bəzi qarışıqları dərmanlara əlavə olunduqda ürək-damar xəstəliləri riskini azaldır. Beləliklə, məlum olur ki, ən yaxşı üsul düzgün qidalanma normalarına riayət etmək, rasyonda meyvə və tərəvəzlərə üstünlük verməkdir. Bu yolla həm tələb olunan vitamin kompleksini qəbul edə, həm də lazımsız vitamin, dərman qəbulundan uzaq dura bilərsiniz. 

Ən sərfəli kredit üçün müraciət et

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et