Müəllif: Tamara Mustafayeva, Banco.az
Alman iqtisadi ekspertlər 2024-cü ilə dair artım proqnozlarını aşağı salıblar.
Banco.az xəbər verir ki, iqtisadiyyat professorlarından ibarət SVR qrupu ötən ilin noyabrında dərc etdikləri 2024-2025-ci illəri əhatə edən Almaniya iqtisadiyyatına dair artım proqnozlarını yazda yeniləyib.
Belə ki, heyət 2024-cü il üzrə ölkənin ÜDM artım proqnozunu 0,7 faizdən 0,2 faizə endirib. 2025-ci ilin artım proqnozu isə 0,9 faiz təyin edilib.
SVR bəyan edib ki, Ukraynada davam edən müharibə və Yaxın Şərqdəki münaqişələr qlobal iqtisadiyyat üçün mühüm risk faktorları yaradır.
"Almaniya iqtisadiyyatının artımı zəif ümumi iqtisadi tələblə yatırılır", deyə heyət bildirib.
Qeyd edək ki, SVR enerji qiymətlərinin yenidən artması təhlükəsi ilə yanaşı, pul və fiskal siyasətin gələcək istiqamətinin də qeyri-müəyyən ola biləcəyi barədə xəbərdarlıq edib.
Bizi sosial şəbəkələrdən izləyin!!