İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “Kapital Bank” ASC-nin birgə təşkilatçılığı ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçiriləcək.
30 may 2024-cü il tarixinə nəzərdə tutulan təlim “Kapital Bank” ASC-nin nümayəndə heyəti tərəfindən həyata keçiriləcək.
Tədbir çərçivəsində ixracatçıların üzləşdiyi problemlər və bu problemləri həll edə biləcək bank ehtiyacları, xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə yönəlik kreditlər və digər mövzularla bağlı sahibkarlara ətraflı məlumat veriləcək.
Təlim 10:00-da başlayacaq. Müddət 3 saatdır.
Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək.
Tədbirdə iştirak etmək və tədbir haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz.
https://training.ereforms.org/
Təlim İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında baş tutacaq.
Ünvan: Bakı şəh., Yasamal ray., Qurban Xəlilov 47
Əlaqə nömrəsi: (012) 521 26 81 / (050) 254 29 27
(050) 254 29 27
Bizi sosial şəbəkələrdən izləyin!!