Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyanın birinci rüb üzrə ÜDM-i illik 2 faiz azalıb.
Banco.az xəbər verir ki, rəsmi məlumatlara görə, Yaponiya iqtisadiyyatı 2024-cü ilin birinci rübündə illik 2 faiz daralıb.
Belə ki, ÜDM məlumatları birinci rübdə iqtisadçıların gözlədiyi 1,5 faiz azalma ilə müqayisədə proqnozlaşdırılandan daha ciddi nəticəni əks etdirib.
Qeyd edək ki, sözügedən göstərici Yaponiya Bankının (BOJ) faiz artımı planlarını da təhlükə altına qoya bilər.
Xatırladaq ki, BOJ aprelin 26-da keçirdiyi son pul siyasəti iclasında uçot dərəcəsini dəyişməyərək 0 faiz-0,1 faiz səviyyəsində saxlamış və pul siyasətinin gələcək iqtisadi şərtlərdən asılı olacağını bildirmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!