"Bank VTB Azərbaycan" ASC-nin rəhbərliyinə yeni təyinat olub.
Məlumata görə, səhmdarların qərarı ilə Qafarov İlham Qafar oğlu Bankın Müşahidə Şurasının (MŞ) müstəqil üzvü seçilib.
Bununla da, "Bank VTB Azərbaycan"ın MŞ-nin tərkibi dörd nəfərdən ibarət olub. Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Bortnikov Denis Aleksandroviç, MŞ-nin digər üzvləri isə Tsaryov Serqey Vladimiroviç və Dyaçenko Andrey Nikolayeviçdir.
Xatırladaq ki, yeni qanunvericiliyin tələblərinə əsasən bankların Müşahidə Şuralarına müstəqil üzv təyin edilməlidir. Banklar da bunu nəzərə alaraq MŞ-yə müstəqil üzv seçirlər.
apa
Bizi sosial şəbəkələrdən izləyin!!