“Turan Bank”ın aktivləri artıb – HESABAT | Banco.az

“Turan Bank”ın aktivləri artıb – HESABAT

“Turan Bank” 2018-ci ilin 3-cü rübü üçün bank hesabatını açıqlayıb. 

“Turan Bank”ın “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, bankın 2018-ci ilin ilk 9 ayı üçün faiz gəlirləri 22 mln 907 min manat, faiz xərcləri isə 15 mln 961 min manat təşkil edib. Sonda xalis faiz gəlirləri 6 mln 946 min manat olub.

Qeyri-faiz gəlirləri 2 mln 380 min manat qeyri-faiz xərclələri gəlirlərdən çox olaraq 8 mln 629 min manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Yekunda, “Turan Bank”ın 2018-ci ilin 3-cü rübünü 65 min manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2018-ci ilin 2-ci rübünü  205 min manat , 2017-ci ilin yekununu isə 1 mln 654 min manat zərərlə başa vurub.

“Turan Bank”ın “Balans” hesabatına istinadən bildirir ki, bankın 2018-ci ilin il 9 ayı üçün cəmi aktivləri ilin əvvəlinə nisbətən 12,61% artaraq 513 mln 967 min manat, cəmi kapital isə 49,68% artaraq 58 mln 995 min manata yüksəlib. Bankın kredit portfeli 290 mln 113 min manat təşkil edib.

FED.az

Ən sərfəli krediti almaq üçün müraciət et