Telefonlar tarixə qovuşa bilər: Texnologiya dünyasında inqilab edəcək cihaz | Banco.az

Telefonlar tarixə qovuşa bilər: Texnologiya dünyasında inqilab edəcək cihaz

Müəllif:Mehin Qasımova /Banco.az

Texnologiya dünyasında inqilab edəcək cihaz təqdim edilib.

Banco.az xəbər verir ki, telefonları əvəz edəcək "Humane AI Pin" təqdim edilib.

Süni intellektin dəstəklədiyi geyilə bilən cihaz diqqətləri öz üzərinə cəlb etməyi bacarıb.

Belə ki, "Humane AI Pin" telefon ehtiyacını aradan qaldırmağı hədəfləyir. Cihazın ekranı olmasa da, qarşılıqlı əlaqə səsli əmr vasitəsilə təmin edilir.

Cihaz iki hissədən ibarətdir, bir hissəsi əsas cihaz, digər hissəsi isə paltara bərkidilir.Bu cihazdan istifadə edərkən abunə tələb olunur."Humane", "T-Mobile" şəbəkəsi vasitəsilə aylıq 24 dollar ödəməklə əldə ediləcək.

Snapdragon prosessoruna sahib olan cihaz səslə idarə etmək üçün mikrofona, vizual məzmun üçün kameraya, idarəetmə üçün sensor panelə və şəkilləri ovucunuza və ya səthə ötürə bilən güzgü funksiyasına malikdir. Cihazın daxili kamerası 13 MP olsa da, yalnız fotoşəkillər çəkmək olar. Video funksiyası isə  yeniləmə ilə gələcək.

Ən sərfəli kredit üçün müraciət et

"Humane AI Pin" qiyməti 699 dollar olacaq. Cihaz 16 Noyabr tarixindən öncədən sifariş üçün hazır olsa da, tədarüklər 2024-cü ilin yanvar ayında həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et